Nazir koronavirus artdığı halda dərslərin əyani keçirilməsindən DANIŞDI

Yeni dərs ilindən koronavirusa yoluxma halı artarsa məktəblər bağlanmayacaq, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarına cavab verərkən bildirib.
"Pandemiya dövründə dərslərin tədris olunması metodu artıq Azərbaycanda var. Nazirlik Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Yoluxma ilə bağlı məktəblərin yenidən bağlanmasını ehtimal etmirəm. Ən pis halda bəzi siniflərin distant təhsilə keçəcyini gözləmək olar", - nazir söyləyib.
Koronavirus pandemiyası vaxtı sərt karantin rejimi ilə bağlı Azərbaycanda məktəblər 1 il müddətində bağlı qalıb. Belə ki, həmin dövrdə şagirdlər ancaq distans təhsil alıb. 2021-ci ildə isə dərslər qismən bərpa olunub və distans təhsil yoluxma halları olan siniflərdə keçirilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























