• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyadan deportasiya olunan şəxsə 6 il həbs verildi - FOTO

Almaniyadan deportasiya olunan şəxsə 6 il həbs verildi - FOTO
27.07.2022 14:38
2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2 ay sonra həbs edilən Pünhan Kərimli 6 il müddətinə azadlıqdan məhrum edildi. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Pünhan Kərimli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə təqsirli bilinib. 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olan Kərimli  hökmdən əvvəl son sözündə ittihamların saxta olduğunu, siyasi kimliyinə görə həbs olunduğunu bildirib.
 
32 yaşlı Pünhan Kərimli 2018-ci il oktyabrın 8-də mühacirətə gedib. Mühacirətə gedənədək AXCP fəalı kimi etiraz aksiyalarında iştirak edib. O burada təqiblərə məruz qaldığını iddia edərək Almaniyaya mühacirət etdiyini bildirib.  2021-ci ilin noyabrında readmissiya qaydasında Almaniyadan qaytarılmış Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimli narkotik ticarətində ittiham olunub.
 

 
İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
 
Dövlət Miqrasiya Xidməti 2021-cidə 420 şəxsin ölkəyə qaytarıldığı barədə məlumat açıqlayıb. Almaniya səfirliyindən bildirilib ki, ölkədən Azərbaycana 2020-ci ildə 62, 2019-cu ildə isə 232 nəfər deportasiya olunub.

Bir müddət əvvəl siyasi mühacirlərin Almaniyadan deportasiya olunması və daha sonra onların Azərbaycanda həbs edilməsi ilə bağlı "BBC News Azərbaycanca” Almaniyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Səfirlikdən deyilib ki, ölkəyə gələndən sonra həbs olunan insanlar barədə məlumatlıdırlar və onlara məlum olan bütün hallarla bağlı əlaqə qurulub.

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan readmissya haqqında sazişə görə, tərəflər insan hüquq və azadlıqları barədə müvafiq beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərə əməl etməlidirlər.

2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" saziş imzalanıb.

Saziş Azərbaycan və ya Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olmaq, orada qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən şəxslərin müəyyən edilməsini, təhlükəsiz və nizamlı şəkildə qaytarılmasını nəzərdə tutur.

Ləman Qasımova







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol