• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi - Üzr istəyib paylaşsın

Azər Zahidin dostumdur deyib təhqir etdiyi qazi - Üzr istəyib paylaşsın
27.07.2022 15:12
Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev açıqlama verib. 


Amil Əliyev Manset.az-a açıqlamasında bildirib ki, A.İsmayılov ondan üzr istəməlidir.


"İki gündür telefonlarımız susmur. Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videoda görmüşəm, külək idi deyə eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”, qazi bildirib.


Amil Əliyev bildirib ki, onun gözünün müalicəsi var, amma bunun üçün müəyyən vəsait lazımdır.


"Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə, canlılara çıxmağa nə istəyim, nə marağım yoxdur. Özümü göstərmək fikrində deyiləm”.


14:32


Aparıcı Azər Zahid sosial şəbəkədə yayılan videoda əlil qazini təhqir etməsi xəbərinə münasibət bildirib.


Azər Zahid Teleqraf.com-a açıqlamasında yayılan xəbərlərin əsassız olduğunu deyib.


"Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl "TikTok” platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan "trol” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.


Haqqımda video da paylaşırlar ki, Azər ölüb, döyüblər və sair. Bu haqda da açıqlama verəcəm. Üç qazimizə öz cibimdən 1 600 manat pul vermişəm. Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”, - aparıcı deyib.

Vdeoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən "sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol