• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi

Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi
28.07.2022 11:09
Bir neçə gün əvvəl rejissor, yazıçı və şair, Azərbaycanın Xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət edib. 

Ankarada Qazi universitetinin professoru olan Əflatun Nemətzadənin şikayətini Haqqın.az saytı işıqlandırıb. Məlumata görə, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və "Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub. 

Şikayətçinin sözlərinə görə, Nemətzadə həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Sözügedən müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə sahib mənzil əldə edəcək. 

Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadrat metr əlavə tikili ilə 118 kvadrat metr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadrat metr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb. 

Bunun ardınca, Əflatun Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.

Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanlarının nəzarəti altına götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə sahib mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb. 

Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən "Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol