• $
  • €
  • ₽
  • ₺
  • £

Arvadını küçədə öldürən şəxs onu 16 yaşında qaçırıb

Arvadını küçədə öldürən şəxs onu 16 yaşında qaçırıb
28.07.2022 12:04
Dünən Balakəndə 27 yaşlı Elton Layicovun həyat yoldaşı, 2001-ci il təvəllüdlü Emilya Əbdürrəhmanovanın boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Hadisədən bir neçə gün əvvəl E.Əbdürrəhmanova həyat yoldaşı ilə bağlı polisə şikayət edibmiş. Bundan sonra Balakənin Hənifə və Mahamalar kəndindəki polis məntəqələrinin sahə müvəkkilləri Eltonun axtarışına başlayıblar. Lakin 27 yaşlı Elton Layicov polisə izahat verməkdən yayınıb və Balakən şəhərində həyat yoldaşı Emilyanı izləyərək ona yaxınlaşıb. O, 21 yaşlı xanımına bıçaqla bir neçə xəsarət yetirib. Zərbələrdən biri gənc qızın boyun nahiyəsinə tuş gəlib və çoxlu qan itirən Emilya çatdırıldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Bildirilib ki, Elton Layicov Emilyanı hələ qızın 16 yaşı olanda -2017-ci ildə evlənmək üçün qaçırıbmış. Lakin həmin vaxt Emilya yetkinlik yaşına çatmadığından işə hüquq-mühafizə orqanları qarışıb və evliliyə imkan verilməyib. Bundan sonra Elton hərbi xidmətə gedib və qayıtdıqdan sonra E.Əbdürrəhmanova ilə ailə quraraq yaşamağa başlayıb, onların övladı dünyaya gəlib. Lakin təxminən 1 həftə əvvəl onların arasında qısqanclıq zəminində münaqişə baş verib və Emilya evi tərk edib. Hadisə də bundan sonra baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir.(Qafqazinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol