Azərbaycanda ilk dəfə investisiya şirkəti BOKT-dan pay alıb

"Azfinance İnvestisiya Şirkəti” QSC "Optimal Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 70 %-ni alıb.
Bunun üçün investisiya şirkəti BOKT-nun nizamnamə kapitalının 700 min manat və yaxud 3,3 dəfə artırılaraq 300 min manatdan 1 milyon manata çatdırılmasında iştirak edib.
Son nəticədə "Optimal Finance"ın digər təsisçilərinin BOKT-dakı payı azalıb. Belə ki, Elçin Əsgərlinin payı 50 %-dən 15 %-ə, Fərid Eynullayevin payı 30 %-dən 9 %-ə, Yusif İbrahimovun payı isə 20 %-dən 6 %-ə düşüb.
"Optimal Finance"ın əsas təsisçisi dəyişdikdən sonra onun direktoru da dəyişdirilib. Belə ki, BOKT-a rəhbərlik Əhəd Əsgərovdan alınaraq İmam Qədimquliyevə həvalə edilib.
Azərbaycanda ilk dəfədir ki, investisiya şirkəti BOKT-dan pay alır. Burada diqqəti cəlb edən həm də "Optimal Finance"ın eyni adlı elektronika şirkətinin ("Optimal Elektronika” MMC) məhsullarının satışını maliyyələşdirməsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























