• $
  • €
  • ₽
  • ₺
  • £

Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək

Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşaya gedəcək
28.07.2022 19:00
Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan gənc də iştirak edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İspaniyada doğulub böyüyən Məhəmmədəli Əkbərov iştirak etmək üçün vətənə gəlib.

O, "Diaspor TV-nin "Vətən uzaqda deyil” proqramının qonağı olub, ulu babaları və mənsub olduğu nəslin şəcərəsi, eyni zamanda, ailələrində həmin şəcərəni əks etdirən sənədlərin olması barədə danışıb. Soydaşımız Şuşada keçirilən Diaspor Gənclərinin Yay Düşərgəsində iştirak etməyin sevincini və həyəcanını yaşadığını da dilə gətirib.

"Diaspor Gənclərinin III Yay Düşərgəsi” Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərində təşkil ediləcək. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol