• $
  • €
  • ₽
  • ₺
  • £

116 nəfərə elmi dərəcə verilməyib - RƏSMİ

116 nəfərə elmi dərəcə verilməyib - RƏSMİ
28.07.2022 14:25
2022-ci ilin I yarımilində 116 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
 
Bu müddət ərzində 230 nəfərə fəlsəfə doktoru, 34 nəfərə elmlər doktoru adı verilib.

27 nəfərə dosent, 15 nəfərə isə professor elmi adı verilib. 15 nəfərə isə  elmi ad verilməsindən imtina edilib.

20 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 6 nəfərin sənədinin tanınmasına isə imtina cavabı verilib.
 
Prezident İlham Əliyev  2019-cu il iyunun 11-də fərman imzalayaraq elmi dərəcələr verilməsi qaydası və elmi adlar verilməsi qaydası haqqında əsasnamələri təsdiqləyib. Nazirlər Kabinetinə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların, dosent və professor elmi adları barədə attestatların formasını üç ay müddətində təsdiq etmək tapşırılıb. Elmi dərəcələr verilməsi qaydası haqqında əsasnaməyə görə, dərəcələri Ali Attestasiya Komissiyası verir. Fəlsəfə doktoru elmi dərəcəsini magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılar elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrindəki dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında ala bilər. Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrindəki dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında təqdim olunur.

Əvvəllər verilmiş elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur. Dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar bu fənlər üzrə verilir: iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən); xarici dil (ingilis, alman və ya fransız dillərindən biri); Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).
Müdafiə proseduru pozulduqda; elmi plagiat aşkar edildikdə; elmi etika pozulduqda Ali Attestasiya Komissiyası elmi dərəcədən məhrumetmə ilə bağlı qərar verir. Elmi adlar verilməsi qaydası haqqında əsasnamədə göstərilir ki, adlar mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Ali Attestasiya Komissiyasından alınır.
Dosent və professor elmi adlarını elmi dərəcəsi olan iddiaçılar, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılar ala bilər. Professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir.Əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur.
 
Həmin ilin iyunun 11-də dövlət başçısı həmçinin Ali Attestasiya Komissiyasının fəaliyyətində yeniliklərə fərman verib. Ali Attestasiya Komissiyası Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib. Əsasnaməsindəki redaktələrə görə, Ali Attestasiya Komissiyasının elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək; fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şuraları yaratmaq, həmin şuralarda müdafiə hüququ verilən ixtisasların siyahısını müəyyənləşdirmək; elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin təklifləri əsasında elmi dərəcələr verilən ixtisasların pasportlarını hazırlamaq; elm sahələri üzrə ekspert şuraları yaratmaq; dissertasiya şuralarının və ekspert şuralarının fəaliyyətinə nəzarət etmək; xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını nostrifikasiya və ya şəxslərin təkrar attestasiyası əsasında həyata keçirmək kimi vəzifələri var.
 
Ləman Qasımova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol