• $
  • €
  • ₽
  • ₺
  • £

Nə qədər hepatit xəstəsi müalicəyə cəlb olunub?

Nə qədər hepatit xəstəsi müalicəyə cəlb olunub?
28.07.2022 14:50
2022-ci ilin aprel-iyulu ərzində 132 nəfər hepatit B və C xəstəsi müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

28 nəfər hepatit B xəstəsinə "Tenovir”, 104 nəfər hepatit C xəstəsinə isə "Sofosbuvir” və "Daktatasvir” dərman preparatları verilib.
 
"B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın qərarına əsasən və müasir kliniki protokollara uyğun olaraq təyin olunan dərman preparatları Agentlik tərəfindən təchiz edilir. Bundan başqa, müalicənin təyin olunub-olunmaması ilə bağlı qərarın verilməsi məqsədilə Komissiyaya müraciət etmiş şəxslərin bir qismi müvafiq müayinələrə göndərilib, müalicəyə ehtiyacı olmayan digər şəxslərə isə həkim müşahidəsi altında qalmaları tövsiyə olunub. Eyni zamanda müayinələrin nəticələrinə əsasən xəstəlikdən sağalan şəxslər də qeydə alınıb. Ümumilikdə isə Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərən Komissiya tərəfindən bu ilin 4 ayı üzrə 281 vətəndaş qəbul edilib. Hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi xidmətdən yararlanması üçün ilk növbədə onların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Hepatit B və C xəstəliyinin ambulator müalicəsi üçün təyin olunan dərman preparatlarının təminatı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Hazırda Xidmətlər Zərfi ilə hepatit B və C virusunun müayinəsi və stasionar şəraitdə müalicəsi qarşılanır”, - Agentlikdən bildirilib.
 
2010-cu ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib. Həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər. Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni, 2 milyarda yaxını hepatitdən əziyyət çəkir. Bəzi ölkələrdə əhalinin böyük bir hissəsi hepatit A virusu ilə xəstələnib, onda biri isə hepatit B və C viruslarının daşıyıcılarıdır.
Ümumdünya Səhiyyə Təşkilatı Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90% azaldılması əsas hədəf seçilib.

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol