Azərbaycanda seyid azyaşlı oğlanlara təcavüz etdi

Ucarda azyaşlı oğlanlarla cinsi əlaqədə olan şəxs həbs edilib.
Ucar rayon Polis Şöbəsindən verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
1971-ci il təvəllüdlü Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, 3 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
İstintaq işləri yekunlaşana qədər o, Şəkidə yerləşən həbsxanada qalacaq.
Ceyhun Ağayev Ucarda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Elnur Rəhimov açıqlamasında bildirib ki, sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib.
"Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün, Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur.
Bildirək ki, 51 yaşlı Ceyhun Ağayev 2 dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var.(Unikal.org)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























