Qazinin xanımının iddialarına - Rəsmi cavab

Baş Prokurorluğun rəsmi məlumatına əsasən, iyulun 21-də Vətən müharibəsi iştirakçısı Vüsal Məmmədov intihara cəhd edib. 1987-ci il təvəllüdlü Ağdaş sakini dərman həbləri qəbul edərək özünü öldürmək istəyib.
Aynurə Məmmədovanın sözlərinə görə, hadisə mağazada baş verib: "Bir neçə ildir ki, rayonun mərkəzində kiçik bir mağaza icarəyə götürərək qab-qacaq satmaqla məşğul oluruq. Ailəni bu yolla dolandırırıq. Üç yaşında bir uşağımız da var. O müharibədə olanda mağazada özüm işləyirdim. Elə hadisə də həmin mağazada baş verib. Son vaxtlar rayonun polisləri tez-tez mağazaya gəlib, onu narahat edirdilər. Biz də yaxşı bilirik ki, küçə ticarəti olmaz. Malları ayaq altına yığmamışıq. Mağazanın qarşısında pilləkən var və satmaq üçün olan qabları ora yığırdıq. Yəni heç kimə mane olmurdu. Polislər tələb edirdilər ki, qabları oradan yığışdıraq. Vüsal da yığmayıb. Bundan sonra malları mağazaya polislər yığıb. Hadisəyə səbəb polislərin malları mağazanın içərisinə yığması olub. Həmin vaxt Vüsalla polislər arasında mübahisə düşüb, onunla kobud davranıblar”.
İddialarla əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupundan müraciətimizə cavab olaraq bildirildi ki, Ağdaş rayon sakini, Vətən müharibəsi qazisi Vüsal Məmmədovun polis əməkdaşlarının onunla kobud davranmasından sonra artıq sayda dərman preparatı qəbul edərək zəhərlənməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Belə ki, Vüsal Məmmədov müharibədə aldığı xəsarətlər səbəbindən mütəmadi olaraq müalicə alıb və dərman preparatlarını vaxtlı-vaxtında qəbul edə bilməsi üçün onları daim üzərində daşıyıb. Həmin gün özü də bilmədən dərmanları normadan artıq qəbul etdiyi üçün zəhərlənib. Hazırda onun vəziyyəti normaldır".
Qazinin son vəziyyəti haqda məlumat almaq üçün Ağdaş Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Tibb ocağının baş həkimi İntiqam İbrahimov açıqlamasında bildirdi ki, hazırda qazinin vəziyyəti yaxşıdır: "Bir-iki günə evə göndərəcəyik”.
TƏBİB-dən də qazinin durumunun stabil olduğu, həkim nəzarəti altında müalicəsinə davam etdiyi bildirildi.
Vətən müharibəsi qazisi Vüsal Məmmədov müharibədə göstərdiyi rəşadətə görə "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Onun intihara cəhdi faktı ilə bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























