İran TIR-ına yazılan cərimələr aparıcının maşınına gəldi

İran nömrəsi ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən TIR-a yazılan cərimələr teleaparıcı Fərid Rəsula məxsus minik avtomobilinə gəlib.
Aparıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Fərud Rəsul rəhbərlik etdiyi şirkətin balansında olan "KİA” markalı, 47 AA 105 dövlət qeydiyyat nişanlı avtomobilə Dövlət Yol Polisinin elektron qaydada qanunsuz cərimələr yazdığını bildirib.
Aparıcı qeyd edib ki, eyni nömrə altında İrana məxsus TIR da hərəkət edir və elektron sistem yanlışlıqla həmin yük maşınının qayda pozuntularını qeydə almasından sonra cərimələri eyni qeydiyyat nişanlı minik avtomobilinə yazır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, məsələ nəzarətə götürülüb.
"Elektron sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və bununla bağlı vətəndaş məlumatlandırılıb”.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























