• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident üç komissiyanın sədrini dəyişdi - SƏRƏNCAM

Prezident üç komissiyanın sədrini dəyişdi - SƏRƏNCAM
28.07.2022 17:25
Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.  Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavininə deyil, iqtisadiyyat nazirinə tapşırılıb. Həmçinin, iqtisadiyyat nazirinin müavini komissiyanın üzvləri sırasından çıxarılıb. 
 
Bundan başqa, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. 
 
Dövlət başçısının müvafiq sərəncamına əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib. 
 
Eyni zamanda, Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib. 
 
Dəyişikliyə əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol