“Müharibə veteranı” adını alan cərrah öldü

TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Azad Hüseynov Əli-Abas oğlu ürək-ağciyər çatışmazlığı səbəbindən vəfat edib. Bu barədə TƏBİB-dən məlumat verilib.
Hüseynov 14 fevral 1960-cı ildə Bakıda həkim ailəsində anadan olub. 1977-1983-cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldıqdan sonra Piroqov adına 2 saylı Moskva Tibb İnstitutunda internatura təhsili alıb.
Bakı şəhəri 4 saylı Şəhər Poliklinikasında həkim-cərrah kimi fəaliyyətə başlayan A.Hüseynov, daha sonra Nərimanov Tibb Mərkəzinin nəzdində olan 1 saylı Şəhər Poliklinikasında çalışıb.
Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah "Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























