• $
  • €
  • ₽
  • ₺
  • £

631 mindən çox adama "Pfizer" vurulub

631 mindən çox adama "Pfizer" vurulub
29.07.2022 11:47
2022-ci il yanvar-iyun ərzində COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı 712 861 nəfər təşkil edib. Həmin şəxslərin nəfəri 631 716 "Biontech/Pfizer” vurdurub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  məlumat yayıb.

Onlardan 80 047 nəfəri "Coronovac”, 1098 nəfəri "Sputnik V” vaksini vurdurub.
 
Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təcili istifadə üçün yeddi vaksin təsdiq edilib. Onların arasında Azərbaycanda istifadə olunan CoronaVac, Pfizer və AstraZeneca da var. Lakin ÜST siyahısında hələ ki, Rusiyanın Sputnik V vaksinin adı əks olunmayıb.Azərbaycanda istifadə olunan vaksinlərdən ikisi - AstraZeneca və Sputnik V vektor və ya adenovirus texnologiyasına əsaslanır. Adenovirus normal vəziyyətdə tənəffüs xəstəliklərinə səbəb olan virusdur. Çoxalma xüsusiyyətindən məhrum edilən adenovirusa koronavirus zülalını kodlayan gen daxil edilir. Onun sayəsində immunitet sistemi təhlükəli infeksiyanı tanımağı və ona qarşı müdafiə üçün anticismləri istehsal etməyi öyrənir.

CoronaVac (Sinovac) vaksini inaktiv bütöv viruslu peyvəndlərə aid edilir. O, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immun reaksiyasını doğuran viruslardan istifadə edir. Bu, ənənəvi və uzun müddət ərzində istifadə edilən texnologiyadır. Hesab olunur ki, bütöv virusdan (virion) istifadə olunduğu üçün belə peyvəndlər koronavirusun bütün növlərinə qarşı daha təsirli ola bilər, ancaq bunu təsdiqləyən araşdırmalara ehtiyac var.

Pfizer vaksini mRNT (məlumat Ribonuklein Turşusu) üsulu ilə hazırlanır. Burada virus və ya onun hissəsi əvəzinə xüsusi zülalların əmələ gəlməsi üçün proqramı ehtiva edən genetik strukturun bir hissəsindən istifadə olunur. Yəni belə peyvəndlər hüceyrələrə DNT və ya mRNA şəklində "təlimatlar" verir ki, immun sistemini işləməyə təhrik etsin. Bu, ən müasir texnologiyadır və mutasiya edən viruslara qarşı yeni vaksinin daha qısa müddətdə hazırlanmasına imkan verir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 812 358 təşkil edir.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol