• $
  • €
  • ₽
  • ₺
  • £

Minalar işğaldan azad olunmuş ərazilərə geri dönüşə mane olur

Minalar işğaldan azad olunmuş ərazilərə geri dönüşə mane olur
29.07.2022 12:44
Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur. Bu barədə  ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur.
 
"Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş rayonlarda humanitar minatəmizləmə fəaliyyəti üçün 500 min dollar ayırıb. ABŞ tərəfindən maliyyələşdirmə minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün minatəmizləmə fəaliyyəti həyata keçirən təşkilatların texniki potensialını gücləndirməyə imkan verir, bu isə təhlükəsizliyin möhkəmlənməsində həlledici rol oynayacaq və məcburi köçkünlərin öz evlərinə qaytırmasına və təhlükəsiz həyat yaşamasına imkan verəcək", - Departamentdən bildirilib.

Dövlət Departamentindən deyilib ki, ABŞ humanitar problemlərin həlli istiqamətində konkret addımlar atmağa çağırır.
 
"Bura həmçinin minalı sahələr və 1990-cı illər də daxil olmaqla, itkin düşmüş mülki vətəndaşlar və hərbçilər haqqında müvafiq məlumatların mübadiləsi də daxildir. ABŞ tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyələşdirilməsi onların Cənubi Qafqazda itkin düşmüş şəxslərin axtarışı üzrə fəaliyyətini dəstəkləməyə kömək edir. BQXK həmin şəxslərin qalıqlarının tapılmasında və geri qaytarılmasında neytral vasitəçi qismində çıxış edir", - məlumatda vurğulanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol