• $
  • €
  • ₽
  • ₺
  • £

Polis dedi ki, 1000 manat verməlisən, səs yazısı da var - AÇIQLAMA

Polis dedi ki, 1000 manat verməlisən, səs yazısı da var - AÇIQLAMA
29.07.2022 14:54
Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündə adı hallanan polis əməkdaşı Etibar Yaqubov haqda daha bir şikayət var. Belə ki, Şəmkir sakini Kamil Abdullayev "Qafqazinfo"ya müraciət edərək iddia edib ki, adıçəkilən polis ondan qanunsuz olaraq 1000 manat tələb edib. Sözügedən iddia ilə bağlı isə Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını deyib.
 
Kamil Abdullayev bildirir ki, Etibar Yaqubovu mərhum iş adamı Arzu Cabbarovun ölüm işi ilə bağlı mediadan tanıyıb.
 
"Rayonda marketim var. İyulun 12-də yasa getdiyim üçün 14 yaşlı bacım oğlunu dükanda nəzarətçi qoydum. Həmin gün marketə bir qadın gəlib və guya oğlan ona söz atıb. Həmin vaxt qonşumuz Kamil Əliyev də orada olub və qadına oğlanın belə bir hərəkət etmədiyini deyərək onu sakitləşdirməyə çalışıb. Bir gün sonra mən marketdə olanda Etibar və Ruslan adlı polis əməkdaşları gəldilər. Etibar dedi ki, sənin haqda 102-yə şikayət olunub, burada qadına sataşıbsınız. Etibar mənlə qonşum Kamili şöbəyə apardı, orada izahatımda da belə bir hadisə olmadığını qeyd etdim. Sahə müvəkkili Elnurla danışdı, sonra bizə dedilər ki, siz həbs ediləcəksiniz. Etibar dedi ki, "1000 manat sən ver, qonşun Kamil də 500 manat versin, bu söhbət bağlansın. Şöbənin qarşısına çıxıb 102-yə şikayət etmək istəyirdim ki, həmin qadından zəng gəldi. Dedi ki, "sən elə bilirsən şöbədən canını qurtardın deyə məndən canını qurtara biləcəksən?”. Yenidən polis şöbəsinə qayıdaraq Etibar Yaqubova dedim ki, bu qadın mənim buradan çıxdığımı hardan bilir? Bəs deyirsiz qadın 102-yə zəng etmişdi. Etibar dedi, "Elnurun öz telefonuna zəng edib deyib, narahat olma, deyərik bir də səni narahat etməz”. Bir gün sonra isə Etibar marketə gəlib yenə də 1000 manatı tələb etdi. Buna dair səs yazısı da var”, - o deyib.

"Qafqazinfo"  Abdullayevin iddiaları və  göndərdiyi səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
 
"Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisindəki mağazalardan birinə daxil olarkən Kamil adlı və bir nəfər yetkinlik yaşına çatmayan şəxs onun haqqında nalayiq ifadələr işlədərək gülüb. Bununla bağlı Şəmkir Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb. Hazırda araşdırmalar davam etdirilir. Sözügedən səs yazısı ilə də bağlı müvafiq araşdırma başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq hər iki məsələyə hüquqi qiymət veriləcək", Xidmətin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  deyib.

Etibar Yaqubovla bağlı daha əvvəlki şikayətdə iş adamı Arzu Cabbarovun həyat yoldaşı iddia etmişdi ki, ərinin ölümündə E.Yaqubov və digər polis əməkdaşları günahkardır. Qadın ərinin polislər tərəfindən qurulan ssneari əsasında qolunun kəsilərək öldürüldüyünü iddia etmişdi. Daxili İşlər Nazirliyi isə iddianın əsassız və böhtan xarakterli olduğunu, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etmək üçün ailənin ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərdiklərini demişdi.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol