İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik etdi - Deputatların maaşları artdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Məcəlləyə aşağıdakı dəyişikliklər edilib:
1.1. 21-ci maddə üzrə;
1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;
1.1.2. üçüncü hissədə "2475 manat miqdarında” sözləri "3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;
1.1.3. beşinci hissədə "bir misli məbləğində” sözləri "iki misli həcmində” sözləri ilə əvəz edilsin;
1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.
Dəyişikliklə Hesablama Palatasının sədri 3150 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Hesablama Palatası sədrinin müavini 2800 manat, auditorları 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar. Milli Məclisin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisinə cəlb ediləcək. Konstitusiya Məhkəməsinin sədri 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
www.anews.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























