Əvəz Hafizlini qətlə yetirən şəxsə hökm oxunub

Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum olunub. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Əmrulla Güləliyevə 10 il 6 ay həbs cəzası istəmişdi.
2022-ci il fevralında Sabunçu rayonu, Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub. O, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Əmrulla Güləliyev tutularaq istintaqa təhvil verilib. İstintaq orqanı tərəfindən Əmrulla Güləliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İyulun 25-də LGBTI+ fəalını qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə ekspertiza rəyləri açıqlanıb. Bildirilib ki, Əvəz Hafizli boyun nahiyəsindən aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.Prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub. Daha sonra iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay həbs cəzası istəyib. Məhkəmədə Əvəz Hafizlinin dövlət tərəfindən təyin olunan nümayəndəsi çıxış edərək Əmrulla Güləliyevə daha yüngül cəza verilməsini xahiş edib.
Cari il iyulun 4-də bloger Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu iddia edən fəallar Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə etiraz aksiyası keçirib. Fəallar "Əvəzin qatili dövlətdir”, "Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıb. İctimai fəallar, LGBTQ-lər istintaqın düzgün aparılması və təqsirləndirilən şəxsə layiq olduğu cəzanın verilmısini tələb edir.
Əvəz (Hafizli) Şıxməmmədov bloger kimi fəaliyyət göstərib. Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması barədə iddialar irəli sürmüş və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib