Azərbaycanda neçə nəfər muzdla çalışır? - RƏSMİ

2022-ci il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,5 min nəfər, qeyri-dövlət sektorunda isə 802,5 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb.
İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 %-i məhsul istehsalı sahələrində, o cümlədən 7,5 %-i tikintidə, 7,1 %-i emal sənayesində, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 %-i mədənçıxarma sənayesində, 1,9 %-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,5 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 %-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 3,1 %-i istirahət, əyləncə və incəsənət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 1,8 %-i informasiya və rabitə, 1,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 %-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1 %-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.
Cari il yanvar-mayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 144,1 saat təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























