• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərsığorta”nın Direktor Şurasının ilk iclası olub

“Azərsığorta”nın Direktor Şurasının ilk iclası olub
29.07.2022 21:00
Prezident İlham Əliyevin 16 iyul 2022-ci il tarixli sərəncamına əsasən formalaşdırılan "Azərsığorta" ASC-nin Direktorlar Şurasının il iclası keçirilib.

Bu barədə Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.

Iclas Şuranın sədri, maliyyə nazirinin müavini Azər Bayramovun sədrliyi ilə baş tutub. İclasda "Azərsığorta”nın İdarə Heyətinin sədri və digər üzvləri, həmçinin Holdinqin nümayəndələri iştirak ediblər.

A.Bayramov bildirib ki, "Azərsığorta” brendi ilə fəaliyyətini davam etdirən şirkət respublika üzrə geniş filial şəbəkəsinə malik dövlət müəssisəsidir. Onun fəaliyyətinin qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində formalaşdırılması, səmərəliliyin artırılması hazırda qarşıda duran ən vacib vəzifələrdən biridir.

Nazir müavini səhmdar cəmiyyətinin fəaliyyətinin təkmilləşdirməsi istiqamətində Holdinqin gördüyü işlərin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
İclasda dövlət başçısının müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, habelə "Azərsığorta”nın korporativ idarəetmə sisteminin prinsipləri, Cəmiyyətin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan digər cari məsələlər müzakirə edilib, sadalanan məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Dövlət Sığorta Kommersiya Şirkəti ölkə prezidentinin fərmanına əsasən ASC-yə çevrilmə yolu ilə yenidən formalaşdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol