• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin xəbərdarlığına məhəl qoyulacaqmı? - KÖŞƏ

Prezidentin xəbərdarlığına məhəl qoyulacaqmı? - KÖŞƏ
29.05.2020 12:18
"Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha deyirəm, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır".Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev məhz belə aydın şəkildə fikrini çatdırdı. Elə göründü ki, artıq gün ərzində ölkədə ağacların qanunsuz kəsilməsinə qarşı ciddi tədbirlər görüləcək. Məhv edilmiş yaşıllıq sahələrində şitillər əkmək, ətrafını hasarlamaq və ağac kəsənləri polis bölmələrinə aparmaq lazım idi.Amma ölkədə heç nə olmadı və mənə belə gəlir ki, heç nə də dəyişməyəcək. Çünki prezident ekoloji təhlükəsizlik haqqında əvvəl də danışmışdı, ölkədə isə alpinist-nazir Hüseynağa Bağırovun rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət göstərir.Amma nə fayda? Dörd aydır jurnalistlər və sosial şəbəkə aktivistləri Zərdabi prospektində, yeni avtovağzalın yanındakı Botanika bağında ağacların kəsilməsi xəbərini verirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə öz təşəbbüsü ilə yox, yalnız sakinlərin şikayətlərindən sonra ağacların qanunsuz kəsilməsinə qarşı cərimələri, belə demək mümkünsə, rəsmiləşdirdi. Ona görə “belə demək mümkünsə” yazıram ki, Zardabi prospektində ağacların kəsilməsinə görə cərimə xəbərindən sonra, cinayətkar-biznesmen bu sahədə qalmış sonuncu ağacları da kəsdi və sakinlərin öz hesablarına əkdikləri şitilləri də kəsdi. Həm də sonuncu doğranma əməliyyatı Yasamal rayon icra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə baş tutdu. 89 saylı evin sakinləri buna etiraz etdikdə isə, "əməliyyat" rəhbəri istehza və təhdidlə onların üstünə gəldi.Ertəsi gün bu evin hiddətlənən sakinləri Yasamal rayon icra Hakimiyyətinin binasının foyesində idilər, özü də mərhum prezident Heydər Əliyevin şəkilləri olan stendin yanında, həmin şəkillərdə isə mərhum prezident Heydər Əliyevin ağac əkməsi öz əksini tapır. Bəlkə ağacları kəsənlər də elə İbrahim Mehdiyevin rəhbərlik etdiyi bu icra hakimiyyətinin tapşırığı ilə hərəkət edirdilər.İbrahim Mehdiyev – bu adı yadda saxlayın – H.Əliyevin vəsiyyətlərinə belə yanaşmasıyla hakim partiyanın bu üzvü çox uzağa gedəcək. Hər halda, hələ vəzifədən çıxarılmayıb, hətta prezidentin nitqində də adı çəkilməyib.Mən inanmıram ki, bizim şəhərimiz yaşıl olacaq, heç olmasa, 1980-ci ildə olduğu kimi. Bizim məqaləmizdə qoyulmuş şəklə baxın və müqayisə edin, 1980-ci ildə necəydi, indi necədir. Və bütün bunlar Hacıbala Abutalıbovun yorulmaq bilməyən səylərinin sayəsində və onun tabeliyində olan İbrahim Mehdiyevin zəhmətsevərliyi sayəsində mümkün olmuşdur, çünki paytaxtın yaşıllığının qayğısına qalmaq üçün, prezidentin xüsusi göstərişləri tələb olunmur. Çünki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın mətbuatda dərc edilmiş sözlərinə əsasən, Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il 173 nömrəli qərarının dövlət əhəmiyyətli obyektlərin tikintisi zamanı Azərbaycanda meşə fonduna daxil olmayan meşə və kol bitkisinin mühafizəsi, qorunması tələblərinin 7-ci bəndinə uyğun olaraq yaşıllıq zolağı olan ərazidə tikintinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bu halda qurumuş ağaclar kəsilməli, köçrülməsi mümkün olan ağaclar isə başqa yerlərə köçürülməlidir. Müvafiq qanunvericiliyə uyğun olaraq kəsilmiş ağacların əvəzində isə onların 10 misli qədər ağac əkilməlidir. Yalnız bu halda Bakıda ağacların kəsilməsi mümkündür.Belə çıxır ki, Bakı şəhər İcra Hakimiyyətinin və Yasamal Rayon İH-nin başçısı bütün bu vaxtlar ərzində, gəlirli obyektlərin tikintisi məqsədilə ağacların kəsilməsinə icazə verməklə hökümətin qərarlarını kobud sürətdə pozurmuş. Belə güman etmək olar ki, bu icazələr təşəkkür müqabilində verilmirdi, çünki bizim ölkəmizdə heç it də “təşəkkür ödənişi” ilə hürmür.Kamal ƏliANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol