• $
  • €
  • ₽
  • ₺
  • £

Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırıb

Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırıb
30.07.2022 10:42
Şərqi Azərbaycan valisi Ermənistanı Araz çayını çirkləndirməməyə çağırıb. Bu barədə İranın Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəm Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla Təbrizdə keçirdiyi görüşdə deyib.

Səfir Arsen Avakyan Şərqi Azərbaycan valisi Abidin Xürrəmi və yerli iş adamlarını Ermənistanın Qərbi Zəngəzur vilayətinə dəvət etməklə yanaşı, ticarət və iqtisadi əlaqələri gücləndirməyə çağırıb.

Səfir iddia edərək bildirib ki, Araz çayı İran və Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır.
 
"Ekoloji problemləri aradan qaldırmaq, lazımı tədbirlər görmək üçün Ermənistandakı mədənlərdən biri bağlanıb”, - o deyib.
 
O, İranın ölkəsi ilə qonşu əyalətlərinin Ermənistan üçün xüsusi əhəmiyyət daşıdğını vurğulayaraq Təbrizdə İrəvanın konsulluğunun açılmasına şərait yaradılmasını istəyib.

Ermənistanın Qərbi Zəngəzurda mis-molibden zavodu var. Bu sənaye müəssisəsi istehsal tullantılarını 30 ildən çoxdur Araza axıdır. Azərbaycan, Türkiyə, İran, habelə beynəlxalq ekoloqlar Ermənistanın çayı çirkləndirməsinə etiraz edir. Ancaq indiyədək rəsmi İrəvan bu etirazlara məhəl qoymur, Araz çayını çirkləndirməyə davam edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol