• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq rəisin intihar etməsi iddiaları ilə bağlı - Rəsmi açıqlama

Sabiq rəisin intihar etməsi iddiaları ilə bağlı - Rəsmi açıqlama
30.07.2022 10:46
2020-ci ilin yanvarında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir. Daxili İşlər Nazirliyi qeyd olunan ittihamları yalan, uydurma və qərəzli sayır. Bununla əlaqədar mətbuatın sorğusunu cavablandıran DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
 
"Hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Əsgərovun əməyi danılmazdır. Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.
Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Onun hazırda təqaüddə olmasına baxmayaraq bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır", - məlumatda deyilib.
 
Sosial şəbəkələrdə sözügedən rəisin intihara cəhd etməsi barədə məlumatlar yayılmışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol