• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlanıb

Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər açıqlanıb
30.07.2022 12:55
Hazırda Bakı Limanının tikintisinin ikinci fazasının texniki-iqtisadi əsaslandırılması, gələcək proqnozlarının nəzərə alaraq layihələndirilməsi və bu kimi digər zəruri işlər aidiyyəti dövlət qurumlarının da iştirakı ilə həyata keçirilir.Bu barədə "Report”un sorğusunun cavab olaraq "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib.

"Xüsusilə qeyd olunmalıdır ki, limanın inkişafının 2-ci fazasının inşası və idarə edilməsində də təcrübəli beynəlxalq logistika şirkətlərinin iştirak etməsi nəzərdə tutulur", - açıqlamada deyilir.

Qeyd edilib ki, Azərbaycanın geostrateji mövqeyinin gücləndirilməsi və tranzit imkanlarının daha da artırılması baxımından logistika və qlobal dəhlizlərdə əhəmiyyətli rol oynayan Bakı Limanının ikinci fazasının inşası mühüm əhəmiyyət kəsb edir.

Bildirilir ki, Bakı Limanının inkişaf strategiyasına uyğun olaraq limanın tikintisinin ikinci fazasının icra edilməsi hələ uzun illər əvvəldən nəzərdə tutulub.

"Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır. Hazırda Bakı Limanı, gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir", - Bakı Limanından bildirilib.

Bununla bağlı hazırlanan ilkin layihəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol