Bazar günü Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Bazar günü Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























