• $
  • €
  • ₽
  • ₺
  • £

Sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb

Sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb
30.07.2022 14:27
Bakıda "Oscar” idman zalında sevgilisini bıçaqlayan qadının məhkəməsi yekunlaşıb.

Hadisə ötən il qısqanclıq zəminində baş verib. Məsələ ilə bağlı başladılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmədə dindirilən Cabbarova (şərti) özünü qismən təqsirli bilib.
 
"Həyat yoldaşımdan boşandıqdan sonra iki övladımla Moskvadan Bakıya qayıtdıq. "Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən "pub”da xidmətçi kimi çalışmağa başladım. Orada bir oğlanla tanış oldum. Mənə maddi cəhətdən kömək edirdi. Onunla dostlaşdıq, münasibətlərimiz yaxınlaşdı, qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladıq. Evli olsa da, mənimlə yaşayırdı. "Oscar” idman zalını işlədirdi. Hər axşam "pub”a gəlib məni götürürdü. Sonra zala gedib orada qalırdıq. O, məni qısqanırdı. Bir dəfə zalda olanda qısqanclıq zəminində suallar verməyə başladı. Dırnaqlarımın niyə boyalı olduğunu, işdən niyə gec çıxdığımı bildirərək məni vurdu. Bu, məndə əsəb yaratdığından otaqdakı bıçağı götürərək kürəyindən bir dəfə vurdum. Ordakıların köməyi ilə onu təcili yardım maşınına mindirib xəstəxanaya apardıq”, - o deyib.

Məhkəmədə dindirilmiş T.Qədimov (şərti) deyib ki, 2-3 ilə yaxın təqsirləndirilən şəxslə qeyri-rəsmi münasibətləri olub.
 
""Oscar” idman zalında öz istirahətim üçün şəxsi otaq düzəltmişdim. Aramızda tez-tez qısqanclıq mübahisələri olurdu. Sonuncu dəfə orada olanda son vaxtlar niyə mobil telefona gec cavab verdiyini soruşdum. O da mənimlə kobud tərzdə danışmağa başladı və qışqıraraq yaxşı etdiyini dedi. Dırnaqlarının niyə boyalı olduğunu soruşdum. Yenə qışqırıb söyüş söyərək yaxşı etdiyini və burada heç nə olmadığını bildirdi. Bu zaman əsəbiləşib onu itələdim. Ağlayaraq qışqırmağa başladı, mən onu qucaqladım. Bu zaman kürəyimdən bıçaqladı", - o söyləyib.

Hadisədən sonra tərəflər barışıb və Qədimov qadından şikayətçi olmayıb. Bunu nəzərə alan məhkəmə qadına şərti cəza verib.(qafqazinfo) 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol