• $
  • €
  • ₽
  • ₺
  • £

DİN jurnalistlərin yaylaq fevtivalı ilə bağlı yazdığını təkzib etdi

DİN jurnalistlərin yaylaq fevtivalı ilə bağlı yazdığını təkzib etdi
31.07.2022 10:51
Sosial şəbəkələrdə və mediada Azərbaycanda keçirilən II Yaylaq Festivalı zamanı böyük tıxacların olması və bunun vətəndaşların narazılığına səbəb olması ilə bağlı məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, Göygöl rayonunda keçirilən festivalla bağlı polis gücləndirilmiş iş rejiminə keçib.

"Həm ictimai asayişin qorunması, həm də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə polis əməkdaşları müvafiq tədbirlər görüb. Festivala gələn avtomobillər əraziyə növbəli şəkildə buraxılıb. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir və həmin ərazidə olan yol bir tərəfli olmaqla bərəbar, sərt dolanbac və yoxuşludur. Bu səbəbdən orada adi günlərdə də avtomobillər aşağı sürətlə hərəkət etməlidir. Ötən gün yağışlı hava şəraiti ilə əlaqədar olaraq vətəndaşlar eyni anda festival ərazisini tərk etməyə başladı ki, bu zaman da DYP əməkdaşları vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətəni təmin etdi. Onu da qeyd edim ki festival müddətində nə cinayət, nə inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər, hər hansı yol-nəqliyyat hadisəsi də baş verməyib”.

Sosial şəbəkələrdə və mediada Göygöldə keçirilən II Yaylaq Festivalı zamanı təşkilatçılıqla bağlı ciddi problemlərin yaşanması barədə məlumatlar yayılıb. Festivalın keçirildiyi yaylağa normal yol çəkilmədiyindən saatlarla sürən tıxac yaranıb. Xüsusən tədbirdən qayıdan zaman yağışın yağması yolda vəziyyəti bir az da pisləşdirib. Nəticədə yolda avtomobillərin hərəkəti dayandığından festival iştirakçıları, jurnalistlər, aktyorlar və digər vətəndaşlar gecə saatlarında palçıqlı yolu piyada gəlmək məcburiyyətində qalıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol