İraqda vəziyyət daha da pisləşdi

İraq parlamenti etirazçılar tərəfindən zəbt edildikdən sonra ölkədə siyasi gərginlik yaranıb.
İraqın Baş naziri Mustafa Əl-Kazımi xəstəxanalardan başqa bütün dövlət qurumlarının fəaliyyətini dayandırdığını bəyan edib. O, siyasi və dini qrupları dialoqa çağırıb.
Etirazçılar Baş nazirin istefa verməsini və yeni Baş nazirin seçilməsini tələb edirlər.
İraq mətbuatı yazır ki, başqa dövlətlərin İraqın daxili işlərinə qarışması nəticəsində daxili siyasi mübarizə gərgin xarakter alıb. Siyasi partiya və dini qruplaşmalar konsensus əldə edib, yeni hökumət qura bilərlər. Lakin kənar qüvvələrin İraq uğrunda mübarizəsi gərginləşdikcə, daxili qüvvələrin də siyasi hakimiyyət uğrunda mübarizəsi gərgin xarakter alır və dialoq arxa plana keçib.
Hələlik etirazlar davam edir və siyasi qüvvələr danışıqlar masası arxasında oturmaq fikrində deyillər
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib