Kubada denqe qızdırmasına yoluxma halları artır

Kuba həkimlər ada ölkədə denqe qızdırması xəstəliyinə yoluxma hallarının sayının artdığını qeydə alıblar, səlahiyyətli orqanlar profilaktika və nəzarəti gücləndirmək barədə göstəriş veriblər.
Bu barədə "Granma" qəzeti Kubanın Səhiyyə Nazirliyinin məlumatlarına istinadən yazır.
İyulun üçüncü həftəsi ərzində 23,7 min qızdırma halı aşkar edilib ki, bu da bir həftə əvvəlkindən təxminən 6 min nəfər çoxdur. Bu, həmçinin 2021-ci ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. İnfeksiyanın yayılması ən çox Havana, Kamaquey, Matansas, Olqin, Pinar-del Rio və Santyaqo de Kuba əyalətlərində qeydə alınıb.
Həkimlər sakinlərə virus daşıyıcısı olan ağcaqanadlar üçün çoxalma yeri olan qabları saxlamamağı tövsiyə edirlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























