Azərbaycanın tanınmış pedaqoqu vəfat edib

Azərbaycanın tanınmış pedaqoqu, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib.
Bu barədə teleaparıcı Saleh Bağırov bildirib.
A.Təhmasib 75 yaşında dünyasını dəyişib.
Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uzun illər 132 nömrəli məktəbə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında Aliyə müəllim təhsilin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.
Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü idi.
O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























