Azərbaycanda iyulda 7 nəfər zəhərlənmədən ölüb

Azərbaycanda iyul ayında 7 nəfər zəhərlənmədən ölüb, bu barədə anews.az Kliniki Tibbi Mərkəzin statistikasına istinadan məlumat verir.
Belə ki, zəhərlənmədən ölən 7 nəfərdən 4-ü qadın, 3-ü kişidir. Onlardan 5 nəfər dərman, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən həyatını itirib.
İyul ayı üzrə zəhərlənmə ilə bağlı ümumilikdə Kliniki Tibbi Mərkəzə 880 nəfər müraciət edib.
Onlardan 158-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.
Gülnar Naziqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























