2026-ci il peşə məktəbinə müriacət edənlərin sayı 11 min olacağı gözlənilir

2026-cı ilin sonuna kimi peşə təhsilinə gələnlərin sayının 11 minə qədər artacağı gözlənilir. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.
O bildirib ki, peşə təhsili 2 il ərzində 10-15 faiz arasında artıb.
"Hazırda peşə məktəblərində təhsil alanların sayı 3 minə yaxındır. Bu rəqəmin 2026-ci ilə qədər 11 minə artacağını proqnozlaşdırırıq. Peşə təhsilinə gələnlərinin 45 faizi Bakının, qalan faiz isə rayonların payına düşür", Kərəmov bildirib.
Hazırda peşə məktəblərində 127 ixtisas növü üzrə təhsil almaq olar. Peşə məktəblərinin Bakı ilə ilə yanaşı Qəbələ, Bərdə fəaliyyəti var. Növbəti il bu siyahıya Cəlilabad və Sumqayıt da əlavə olunacaq.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























