Azərbaycana peşə təhsili üçün Türkiyədən mütəxəssislər gələcəck

Azərbaycana peşə təhsili üzrə Türkiyədən müəllimlər cəlb olunacaq. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov bildirib.
Bildirir ki, qəbul 2023-2024-cü tədris ilində Türkiyədən mütəxəssislər cəlb olunacaq və peşə təhsili Türkiyə standartlarına əsaslanacaq.
"Bakıda tekstil, Qəbələdə isə turizm sahəsində xidmət ixtisasları üzrə əməkdaşlıq həyata keçiriləcək",- Kərəmov bildirib.
Hazırda peşə məktəblərində 127 ixtisas növü üzrə təhsil almaq imkanı var.
2021-2022-ci tədris ili peşə təhsili müəssisələrinə elektron qaydada tələbə qəbulu həyata keçirilib. "Portal.edu.az" platforması üzərindən həyata keçirilən tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 24600-dan müraciət daxil olub, 16594 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 12 faiz artıb
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























