• $
  • €
  • ₽
  • ₺
  • £

Ana dilini normalarına düzgün əməl olunmur - Ekspertlərdən açıqlama

Ana dilini normalarına düzgün əməl olunmur - Ekspertlərdən açıqlama
01.08.2022 17:14
Bu gün 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
 
Bəs Azərbaycan dilinin norma və qayda-qanunlarına riayət olunurmu?
 
Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmlinin fikrincə bu gün xüsusən onlayn mediada Azərbaycan dili ilə bağlı ciddi problemlər var.
 
"Dil normalları qorunmur.  Bir mənalı şəkildə belədir. Amma dilin keşiyində durmaq lazımdır. Bunun üçün xüsusi adımlar atılmalıdır. Rəsmi səviyyədə işlər görülür,  ancaq əməl olunmur. Ana dilimizə lazımı şəkildə yiyələnməyən  çoxlu sayda jurnalistlər var. Onların dil qaydalarına etinasız yanaşması problem yaradır. Televizyalarda da danışıq formaları ciddi şəkildə pozulur.  Azərbaycanda dil bilgisi təəssüf ki, arzu olunan səviyyədə deyil",- ekspert bildirib.
 
Azərbaycanın dilçi-alimi, türkoloq, etimoloq, dil tarixçisi Baba Məhərrəmli bildirir ki, Azərbaycan dilinin hər üç normasında problemlər var.

"İstər reklam dilində, istərsə də,  yazılı mətnlərdə dilin normalarına çox az riayət olunur. Məsələn Bakının bəzi küçərində, çimərlik adlarında inglis dilində adlardan istifadə olunur. Dövlət dili haqqında qanunun tələblərinə iş adamları, dövlət məmurları əməl etməlidirlər. Bu gün televizyalarda türk dilində danışmaq dəb halını alıb. Dilə biganə yanaşmaq olmaz. Dili qorumaq üçün mütailə vacibdir. Ancaq gəncləriminiz kitab oxumurlar. Müvafiq dövlət qurumları dilimizlə bağlı məsələlərə sərt mövqe qoymalıdırlar",- dilçi əlavə edib.

Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. 


 
Aytac


 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol