Zümrüd Yağmur aksiya keçirdi - "Təcavüzkarı qoruma"

Yazar Zümrüd Yağmur qızı Sənay Yağmura təcavüzdə ittiham edilən Əsgər Ağazadəyə ədalətli cəza verilmə tələbi ilə aksiya keçirərkən saxlanılıb. Bu barədə onun qızı Sənay Yağmur özünün feysbuk hesabında yazıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
www.anews.az
Feminist fəallar bildirib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, Zümrüd Yağmur saxlanılmayıb, sərbəstdir.
2021-ci ilin oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci ilin oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Cari ilin 27 iyulunda məhkəmə prosesinin sonuncu iclası keçirilməli olsa da, hakimlər naməlum səbəbdən gəlməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb. Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























