“Azerçay” Milli Yaylaq Festivalında iştirak edib

Ölkəmizin ilk milli markalarından olan doğma çay "Azerçay” II Milli Yaylaq Festivalına qatılıb. Hacıkənd qəsəbəsində 3 gün ərzində milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə təşkil edilən tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Ümumilikdə 22 ölkədən 300-dən artıq xarici qonağın və on minlərlə tamaşaçının iştirak etdiyi festivalda "Azerçay” ziyarətçiləri çay süfrəsinə qonaq etdi. Stendi ziyarət edənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və digər dövlət rəsmiləri də olub.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























