• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Türkiyə vətəndaşı təhdid edilib

Bakıda Türkiyə vətəndaşı təhdid edilib
02.08.2022 10:08
Bakıda Türkiyə vətəndaşına qarşı hədə-qorxu gəlinib.

"Report”un əldə etdiyi məlumata görə, hadisə Səbail rayon ərazisində qeydə alınıb.

Belə ki, hazırda Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Özgür Karataş sosial şəbəkələrdə etdiyi paylaşımlara, yazdığı postlara görə həmyerlisi, eləcə də onun azərbaycanlı dostu tərəfindən təhdid olunaraq təzyiqlərə məruz qalıb.

Daha sonra o, bununla bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edib. Bölmədə iş dərhal araşdırılmalara başlanılıb.
Müəyyən olunub ki, Ö.Karataşın sosial şəbəkə hesabına həmyerlisi tərəfindən kiberhücumlar edilib, onun icazəsi və məlumatı olmadan hesabındakı videolar tam fərqli formatda və məzmunda ictimaiyyətə təqdim olunub. Bununla bağlı zərərçəkmiş Türkiyədəki aidiyyəti qurumlara şikayət edərək təqsirkarın cəzalandırılmasını istəyib.

Bundan sonra Karataşa həmyerlisinin dostu, Bakı sakini Habil Bəylərov zəng vuraraq hədə-qorxu gəlib, şikayətini geri çəkmayi tapşırıb.

Polis əməkdaşları tərəfindən qısa zamanda Bəylərovun yeri müəyyən edilərək bölməyə dəvət olunub. O, izahatında türkiyəli dostları ilə aralarında anlaşılmazlığın olduğunu, təhqir, habelə təhdid etmədiyini, sadəcə onları barışdırmaq niyyəti olduğunu bildirib.

Əməlindən səmimi peşmançılıq hissi keçirdiyini etiraf edən Bəylərova qanunvericiliyin tələbləri izah edilməklə onunla profilaktiki söhbət aparılıb.
Tərəflərin razılığı əsasında araşdırılma dayandırılıb və toplanmış materiallar işə alınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol