Bu gün Füzulidə minaya düşənlərin son durumu AÇIQLANDI

Avqustun 2-də Füzulidə minaya düşən Qılman Hüseynov rayon xəstəxanasına yerləşdirilib, sağ ayağı baldır nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
Avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəsarət alıblar.
www.anews.az
Baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Yadigar Şükürov və Rövşən Əlizadə xəstəxanada zəruri tibbi müayinələrdən keçirilib. Hər ikisinin vəziyyətləri stabil olaraq dəyərləndirilir, həkim nəzarəti altındadırlar.
"ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır", - məlumatda qeyd edilib.
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub, 117 hərbi qulluqçu və 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























