• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlərin Daşkənd görüşünün DETALLARI

Nazirlərin Daşkənd görüşünün DETALLARI
02.08.2022 18:30
2 avqust 2022-ci il tarixində Daşkənd şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub.
 

Modern.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər tərəfindən gündəlikdə duran mövzular üzrə çıxışlar səsləndirilib.
 
Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirilib.
 
Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib.
 
Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuat açıqlamaları ilə çıxış ediblər.
 
Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır. Bu, həmçinin möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanır.
 
Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format müvafiq sahələrdə birgə layihələrin işlənib hazırlanmasına və irəli aparılmasına kömək edəcəkdir. Bu, həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcəkdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol