• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ”ın oyununa görə bu stansiyasında iş rejimi gücləndiriləcək

“Qarabağ”ın oyununa görə bu stansiyasında iş rejimi gücləndiriləcək
02.08.2022 19:00
Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar sabah "Bakı Metropoliteni" QSC-nin "Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək. Bu barədə "Bakı Metropoliteni”ndən bildirilib.

Bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
 
Bu stadionda keçirilən kütləvi tədbirlərlə bağlı Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyada qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:00-da başlanacaq oyuna yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə növbətçilik cədvəli üzrə stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
 
Bundan savayı, "Nəriman Nərimanov” və "28 May” stansiyalarında da ehtiyat tədbirləri nəzərdə tutulacaq.
 
Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Lakin futbol matçına azarkeş marağını nəzərə alaraq, sərnişinlərin oyun başa çatdıqdan sonra mənzil başına çatması üçün təhlükəsiz və rahat daşınması məqsədilə bəzi tədbirlər də həyata keçiriləcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol