• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı həbs edilib

Özünü DTX əməkdaşı kimi tanıdan iş xanımı həbs edilib
02.08.2022 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq edən, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən qadına hökm oxunub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Ağdam sakini Elnarə Həsənova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (Rüşvət vermə) maddələri ilə təqsirli bilinərək ona 6 il müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Elnarə Həsənova Mingəçevirdə yaşayıb, daha sonra isə Bakıya köçərək paytaxtda restoran işlədib. O, 2020-ci ilin mayında ona müraciət edən şəxsdən nəvəsi A.R.(şərti ad) Kürdəmir ASAN Xidmət Mərkəzinə işə düzəldəcəyini bildirərək 7 min manat alıb. Həmin ilin sentyabrında isə Elnarə Bakıda işlətdiyi restoranda ofisiant işləyən şəxsin İrandan Azərbaycana narkotik keçirərkən tutulan qardaşı Elşən Nəzərovun həbsdən azad etdirəcəyi vədi ilə onun ailəsindən 34 min manat pul alıb. Həmin vaxt özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən qadın qarşı tərəfə yüksək vəzifəli şəxslər arasında tanışlarının olduğunu bildirib və Elşən Nəzərovun üzərindəki maddələri götürdərək onu həbsdən buraxdıracağını bildirib.

Lakin o, xeyli miqdarda pul aldığı şəxslərə verdiyi vədə əməl etməyib. Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnarə Nəzərova Kürdəmir sakinindən aldığı 7 min manatı geri qaytarıb. Digər şəxsdən aldığı pulların böyük hissəsini isə xərclədiyi üçün qaytara bilməyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol