Kanalizasiya suyunu dənizə axıdan istirahət mərkəzi ilə bağlı araşdırma başlayıb

Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində kanalizasiya sularının dənizə axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmaya başlayıb. Bu barədə nazirlikdən bildirilib.
Qeyd edilib ki, Xəzər kompleks ekoloji monitorinq idarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb.
"Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, -bildirilib.
Sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























