İnternet bankçılıq xidmətləri ilə köçürmələr 65% artıb

2022-ci ilin birinci yarımili әrzindә bank müştәrilәrinin cari hesablarından aparılan köçürmәlәrin ümumi sayı 111.7 mln. әdәd, hәcmi isә 151.1 mlrd. manat tәşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Aparılan köçürmәlәrin say üzrә 79%-i (88.5 mln. әdәd), hәcm üzrә isә 77%-i (116 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2022-ci ilin 6 ayı әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi ötәn ilin analoji dövrü ilә müqayisәdә 65% artaraq 97.3 mlrd. manat olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























