• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış teleaparıcı İTV-dən ayrıldı

Tanınmış teleaparıcı İTV-dən ayrıldı
02.08.2022 17:59
Tanınmış teleaparıcı Jalə Həsənli İctimai Televiziyadan ayrılıb. Jurnalist bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Jalə Həsənli yeni iş yeri haqqında məlumat verməyib. Onun paylaşımını təqdim edirik:
 
"Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb!
 
İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı.
 
O xəbərdən 2 il keçsə də, hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun!
 
İctimai TV-nin mənə qazandırdığı növbəti uğur "Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forum”unda tədbirin moderatoru olmaq idi. 3-4 saat davam edən tədbirdə Prezident İlham Əliyevin qarşısında çıxış etmək çox məsuliyyətli və şərəfli idi.
 
Mənəvi cəhətdən ən ağır efirim isə Gəncə terroru zamanı oldu. Gecə yarısından səhərə qədər canlı efirdə oldum. Suflyorsuz, hazır mətnsiz... 5-6 saat gördüyüm dəhşətləri şərh etməli oldum…
 
Hər şey üçün təşəkkürlər, İctimai TV Təşəkkürlər, mənə inanan, məni bu yolda dəstəkləyən Balaş Qasımov və Murad Hüseynov. Sizə və özümə gələcək fəaliyyətimizdə uğurlar arzu edirəm!
 
P.S. Bu gün həm də TV-ə gəlişimin 10 ili tamam olur. 10 il ərzində yaxşı dostlar və bol təcrübə qazandım. Yola davam..." (modern.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol