Partlayışda zərərçəkən sakinlər müvəqqəti evlə təmin olunacaqlar

Avqustun 3-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma davam edir.
Hazırda rayon rəhbərliyi tərəfindən bütün zərərçəkən ailələrin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.
Partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar. Kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ödəniləcək.
Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























