• $
  • €
  • ₽
  • ₺
  • £

Partlayış nəticəsində 20-dən çox mənzilə ziyan dəyib - Rəsmi

Partlayış nəticəsində 20-dən çox mənzilə ziyan dəyib - Rəsmi
04.08.2022 13:35
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhəri, Qalubiyyə küçəsi 20-ci məhəllə, 1 saylı beşmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində ziyan çəkmiş sakinlərlə görüşmək məqsədilə sözügedən ünvana gedib.
 
İcra hakimiyyətindən  verilən məlumata görə, görüşdə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, DTX Abşeron rayon İdarəsinin rəisi Ruslan Rəhimov, rayon prokuroru Qabil Qasımov və zərərçəkmişlər iştirak edib.
 
Bildirilib ki, güclü partlayış nəticəsində 70 mənzildən ibarət beşmərtəbəli yaşayış binasında 20-dan çox mənzilin pəncərələri, qapıları və bir çox məişət əşyaları yararsız vəziyyətə düşüb.
 
Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin aidiyyatı strukturları tərəfindən araşdırmalar həyata keçirilir. Araşdırmalardan sonra partlayışın konkret hansı səbəbdən baş verməsi, neçə mənzilə, ərazidəki avtomobillərə və ümumilikdə nə qədər miqdarda ziyanın dəydiyi müəyyən olunacaqdır. FHN-nin verəcəyi rəydən sonra müvafiq addımlar atılacaqdır.
 
Sakinlərə bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən partlayış nəticəsində zərərçəkənlərin hamısının müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol