Baş Prokurorluqdan paylaşımına görə Rüstəm İsmayılbəyliyə xəbərdarlıq – Foto

Baş Prokurorluq feysbukda yazdığı statusa görə ictimai fəal Rüstəm İsmayılbəyliyə xəbərdarlıq edib. Bu barədə onun özü bildirib.
"Dünənki bir yazımda "Xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir", - deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım.
Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb.
İzah elədim ki, bu Atatürkün sözüdür və ən əsası, yazıda müharibə başlatmağın cinayət olduğu deyilir və Azərbaycan özünü müharibə başladan tərəf hesab etmir. Postda da xüsusi olaraq hansı tərəfin müharibə başlatmasını qeyd etməmişdim.
Xülasə, Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən, rəsmi xəbərdarlıq edildi”.
Ötən gün Rüstəm İsmayılbəyli paylaşımına görə Baş Prokurorluğa dəvət edildiyini bildirmişdi.
Sözügedən paylaşımı təqdim edirik:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























