Fazil Mustafadan təcridxanada saxlanılanlarla bağlı təklif

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında istintaq altında saxlanılanlarla bağlı yeni təklif səsləndirilib.APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Mustafa təklif edib ki, istintaq təcridxanalarında saxlanılanların saxlanma müddətinin hesablanması ilə bağlı dəyişikliyə ehtiyac var. O təklif edib ki, təcridxanalarda istintaq altında saxlanılanların bir günü iki gün hesablansın: “Bununla bağlı biz həbsdə saxlanılanlarla bağlı qanunvericiliyə dəyişiklik edə bilərik və humanizm prinsipindən yanaşdıqda, buna imkan da var”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























