• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirliyə hücum vandalizm aktıdır - Hacı Şahin

Səfirliyə hücum vandalizm aktıdır - Hacı Şahin
05.08.2022 10:05
Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondakı səfirliyinə hücum etməsi birmənalı olaraq vandalizm aktıdır. Bunu Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli bir qrup radikal dini dəstənin Londondakı səfirliyimizə hücum etməsini şərh edərkən bildirib.
 
 Hacı Şahinin sözlərinə görə, bu, marginal bir qrupun törətdiyi təxribatdır.


"Bu cür davranışların İslamla, uca dinimizlə heç bir əlaqəsi yoxdur, ola da bilməz və hərəkətlərlə Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyırlar. Bu qruplaşma özünə bir çox müsəlman ölkəsində tərəfdar toplamağa çalışıb, amma öz niyyətinə çata bilməyib. Azərbaycanda da bu kimi radikal qrupların olmaması belə insanları qəzəbləndirir. Bu qruplar bir sıra ölkələrin xüsusi xidmət orqanlarına tabe olub onların göstərişləri ilə hərəkət edirlər. Öz çirkin niyyətlərini din adıyla pərdələməyə çalışırlar. Bunların məqsədi müsəlmanlar arasında birliyə zərbə vurmaqdır. Bu qrupları heç bir məzhəbə aid etmək olmaz. Azərbaycan bayrağının dini şüarlarla təhqir edilməsinin təbii ki, İslamla heç bir əlaqəsi ola bilməz. Bu cür davranışlar əvvəlcədən iflasa məhkumdur. Bu cür davranışları birmənalı şəkildə qınayırıq. Özünü müsəlman sayan insalar bu davranışlara heç bir bəraət verə bilməz”.


Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin üzvləri hücum edib. London polisi onlardan 8 nəfərin saxlanıldığını bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol